müdafiə
İtkin düşən əsgərimizin nəşi TAPILDI - RƏSMİ

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi tapılıb. 

Qlobal.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib. 

Hazırda faktla bağlı araşdırma aparılır.

11.06.2024 12:12
show 363