"Oğullarımı evləndirmək çətindir. İmkansızdır".
Qlobal.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu "Həmin Zaur" verilişində deyib. Sənətçi oğullarını evləndirməklə bağlı suala əsəbiləşib:
"İtin qızın alsın, amma alsın. Mənə onun dədəsi, nənəsi lazımdır? Ömürboyu demərəm ki, filankəsin qızıdır, alma. Özü bilər. Onunla yaşayan odur. Mənim üçün fərqi yoxdur".
Sərxan aparıcı Zaur Kamalın "Saç özünündür" sualına "Mən Tolikəm başıma (aparıcı, prodüser Tarix Əliyev - red.) yamaq qoyum? Özümündür. Saç qoymağı bir Tolik, bir də Pərviz Bülbüləyə yaraşdırıram. Mənim kompleksim yoxdur" cavabını verib.