photo_45323240
İsveçdə tərbiyə üsulları: xoşbəxt uşaq böyütmək üçün 5 fənd

İsveç digər Skandinaviya ölkələri kimi, mütəmadi olaraq dünyanın ən xoşbəxt ölkələri siyahısında qərarlaşır. Buna əsasən əminliklə demək olar ki, bu ölkədə doğulan uşaqlar daha şanslıdır. Bəs uşaqların xoşbəxt mühitdə böyüməsi üçün isveçlilərin hansı tərbiyə üsullarından istifadə edir? Gəlin birlikdə öyrənək...

Qlobal.net oxucuları isveçlilərin tərbiyə prinsipləri ilə tanış edib.

Doğuşa kişilər də girir

Ondan başlayaq ki, İsveçdə qadınlar 30 yaşdan sonra ana olmağa üstünlük verir və bu, planlaşdırılmış hamiləlik adlanır. Odur ki, gələcək valideynlər həm mənəvi, həm də maddi cəhətdən hazır olur.

Ölkədəki doğum xəstəxanaları xəstəxanadan daha çox spa-ya bənzəyir: doğuşda olan qadına və partnyoruna xüsusi palata, tualet və hamam ayrılır. Gələcək analar üçün ətirli şamlar yandırılır və sakitləşdirici musiqilər səslənir. Krallara layiq xidmət! Həkim isə palataya ancaq ağırlaşama halları baş verdikdə gəlir. Ər həmişə qadının yanındadır, həm həyat yoldaşını dəstəkləyir, həm də tibb işçisinə kömək edir.

Ümumi məzuniyyət

Doğuşa birlikdə girən ər-arvad analıq və atalıq məzuniyyətinə də birgə gedir. İsveçli atalar evdə uşağa ən azı üç ay baxmalıdılar. Bunda maddi xeyir var: valideynlər məzuniyyət vaxtlarını bölüşürlərsə, dövlət daha çox pul ödəyir!

Valideynlər uşağı bağçaya bir yaş yarımlığından sonra qoya bilir. O vaxta qədər onlar uşağın tərbiyəsi ilə məşğul olur, eyni zamanda əylənməyi də unutmurlar. Stokholmda bir neçə kinoteatrlarda uşaqların səs-küy salmasına icazə verilir, restoranlarda isə uşaq arabaları üçün xüsusi yerlər var, hətta kişi tualetlərində də uşaq bezini dəyişən ataları görmək olar. Uşağa belə bir qayğı ailə daxilində isti və harmonik münasibətlər qurmağa kömək edir, həm də möhkəm bağlılıq yaradır.

Soyuq hava immuniteti gücləndirir

Skandinaviyalı valideynlər hesab edirlər ki, uşaq qarlı-şaxtalı havada nə qədər çox vaxt keçirsə, o qədər yaxşıdır. Onlar əmindirlər ki, uşaq yağışdan, çovğundan asılı olmayaraq hər gün təmiz havada gəzməlidir.

Qışda alış-verişə gedən analar üçün uşaq arabasını mağazanın önündə qoymaq adi haldır. Onlar bunu uşaqların sərin havada daha yaxşı yatmaları, immunitetin və sinir sistemini güclənməsi ilə izah edirlər.

Bağça evdən fərqlənmir

İsveçdəki uşaq bağçalarında əsl ev atmosferi yaradılır. Buradakı uşaqlar bütün günü oynayır, rəsm çəkir, heykəltəraşlıq edir, meşədə gəzintiyə çıxırlar. Mətbəxdə isə yeməyi uşaqlar özləri hazırlayır. İsveçlilər uşaqlara hələ kiçik yaşlarından asan reseptlər üzrə yemək bişirməyi, təbii vasitələrdən əl işləri düzəltməyi, sadə əşyalar tikməyi və toxumağı öyrədirlər. Ən maraqlısı odur ki, uşaqlar çarpayıda deyil, döşəkdə yatırlar.

Hörmət əsas prinsipdir

İsveç dünyada uşaqları zorakılıqdan qorumaq üçün qanun qəbul edən ilk ölkədir. Qarşılıqlı hörmət münasibətlərin əsasını təşkil edir. Uşağın üstünə qışqırmaq isveçlilərlədə adət deyil, onlarla cəmiyyətin bərabərhüquqlu üzvü davranır, döymür və danlamırlar.

Valideynlər uşaqların boş vaxtlarına hörmətlə yanaşır və onları yükləmirlər. Adətən altı yaşına qədər ailənin kiçik üzvləri həyatdan həzz almaqla məşğul olur, şahmat və məktəbə hazırlıq rejimindən xəbərləri olmur. (publika.az)

31.07.2022 10:57
show 447