66f37320ce6f0202409241912
İsveçdə azərbaycanlını öldürən şəxs hadisə yerindən belə qaçdı - VİDEO

İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyev evinin yaxınlığında naməlum şəxs tərəfindən açılan atəşlə öldürüldüyü barədə məlumat vermişdik.

Qlobal.net Titul.az-a istinadla Məhəmmədin qatili olduğu iddia edilən şəxsin hadisə yerindən qaçma anını əks etdirən görüntünü əldə edib. 

Qeyd edək ki, hadisənin hansı səbəbdən və hansı zəmində baş verdiyi hələlik məlum deyil. Bölgənin prokuroru İsveç mətbuatına açıqlamasında bildirib ki, qətlin kriminal qruplaşmalar arasındakı münaqişə zəminində baş verdiyi ehtimal edilir. Onun sözlərinə görə, hadisəni törədən şəxs və ya şəxslərin M.Xankişiyevi hansısa kriminal fiqura bənzətməsi və onu səhvən qətlə yetirməsi ehtimalı da böyükdür.

Tanınmamaq üçün qara maska geyinən hündürboylu şəxsin görüntüsünü təqdim edirik:

25.09.2024 06:16
show 120