Yayda isti gecələrdə yatmaq çox çətin olduğu üçün yuxusuzluq problemi artır. Ətraf mühitin temperaturu çox yüksək olduqda, bədən soyumağa əlavə səy sərf etməyə məcbur olur və bu yuxu proseslərini pozur.
Qlobal.net "Medicina"ya istinadaən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kondisioner olmadan istidə yaxşı yatmağınıza kömək edəcək bir neçə ağlagəlməz yollar var.
1. Ayaqlara isti vanna. Yatmazdan əvvəl ayaqlarınızı
bir az isitsəniz, əsas bədən istiliyiniz bir qədər yüksələcək. Yatmağa
getdiyiniz zaman, yavaş-yavaş azalmağa başlayacaq, bu da yuxuya getmək
prosesi üçün vacib şərtdir.
3. İsti duş. Prinsip eynidir - sərin duşdan fərqli
olaraq, isti su bədənin daxili temperaturunu artırmağa kömək edəcək və
sonra özünüzü daha yaxşı hiss edəcəksiniz.
4. Öz kondisionerinizi hazırlayın. Ventilyatorun qarşısına bir qab buz qoyun.
5. Pijamaları dondurun. Yatmazdan bir neçə dəqiqə əvvəl
pijamalarınızı vakum torbasına yerləşdirərək dondurucuya qoyun. Eyni
şeyi yastıq üzü ilə də edə bilərsiniz.
6. Çılpaq yatmayın. Nə qədər isti olsa da, pijamanızı
çıxartmayın, çünki çox tərləyəcəksiniz. Pijamalarınıza hopan tər tər
dərinizdə yığılacaq. İsti havalarda pambıq, ipək və ya bambuk lifi kimi
təbii, nəfəs alan parçalardan hazırlanmış boş, açıq rəngli pijamaları
seçin.
7. Saçlarınızı fenlə qurutmayın. Duşdan sonra saçınızı qurutmayın - nəm saçlar sizi uzun müddət sərinlədəcək.