vəfa

"İstədiyimin fotosunu atıram, pulunu göndərir" - Vəfa ərindən görün nələr dedi

Müğənni Vəfa Şərifova maraqlı açıqlamalar verib.

Qlobal.net xəbər verir ki, "Qonaqcanlı"nın efirində sənətçi həyat yoldaşından danışıb. 

Onun romantikadan uzaq biri olduğunu deyən Vəfa bahalı hədiyyələrinin necə aldığını etiraf edib:

"Mənə deyirlər ki, özüm-özümə hədiyyə edirəm. Əslində elədir. Mən seçirəm, şəkilini atıram ki, bunu istəyirəm. O da pulunu kartıma göndərir. Həyat yoldaşım köhnə kişilərdəndir. Bizdə romantika yoxdur. Gözləmədiyim halda sürpriz olmayıb. Küsəndə hədiyyə aldığı olub". (milli.az)


08.01.2025 09:31
show 850