Şou-biznes
“İstədim ona bir dənə ilişdirim, alınmadı” – Səidə SİRLƏRİ AÇDI

Müğənni Səidə Sultan həmkarı Niyam Salami ilə küsmələrindən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi “İncə səhər”ə açıqlama verərkən bunun səbəbini gizli saxlayıb. O bildirib ki, inciməyinin səbəbi Niyam olub:
“Niyamla illərimiz olub. Elə söhbətlərdən, ağır günlərdən keçmişik ki… O və mən bilirəm. Niyamın evində tonla çörək kəsmişik. İstədim ona bir dənə ilişdirim, alınmadı. Mən də küsüb getdim. Arada mənə əsəb verir, istəyirəm onu vurum. Əsəbimdən onu izləməd’n də çıxartdım. Səbəbi var, özü bilir. Yalan deyir ki, xəbərim yoxdur. Sadəcə, açıqlamır. Niyam, yalan danışma… İşi düşəndə zəng edir”.



