Cəmiyyət
İstanbulda zəhərlənib ölən Zaur kimdir? – FOTO

İstanbulda tankerdə üç rus dənizçisi zəhərlənib, biri ölüb, ikisi reanimasiyadadır.
Qlobal.net Mash-a istinadla bildirir ki, qəza İstanbul limanında cəmi bir gün qalmış Panama bayrağı altında üzən “Swanlake” adlı yük gəmisində baş verib. Zəhərlənmənin ilkin səbəbi mühərrik otağında yanacaq buxarının sızmasıdır.
Həştərxandan olan bir rus dənizçisi – 32 yaşlı Zaur U. – qəzada həlak olub. Onun arxasında həyat yoldaşı və iki uşağı qalıb. Digər iki heyət üzvü yaralanıb və yük gəmisindən reanimasiyaya yerləşdirilib. Heyət 13 nəfərdən ibarətdir.

Murad Məmmədli
Qlobal.net



