İstanbulda sevgilisi ilə zərgəri soymağa çalışan azərbaycanlı qadın kimdir? - TƏFƏRRÜAT (VİDEO)
İstanbulda evlənmək üçün pul tapa bilmədiklərini deyən cütlük silahla hədə-qorxu gələrək zərgəri soymağa cəhd edib.
Qlobal.net musavat.com-a istinadən xəbər verir ki, qonşudakı mağaza sahibləri
tərəfindən zərərsizləşdirilən şübhəlilər polisə təhvil verilib.
Mağazanı
soymağa cəhd edənlərdən birinin azərbaycanlı olduğu məlum olub. 22
yaşlı azərbaycanlı Öznur Hüseynova və 26 yaşlı sevgilisi Enes Erdoğan
mağazanı soymağa cəhd edib. Enes E. yanındakı silahı mağazadakı işçiyə
doğrultaraq qızılları oğurlamağa çalışıb. Ətrafdakı mağaza sahibləri
vəziyyəti görüb mağazanın içərisinə daxil olduqdan sonra onları
zərərsizləşdirilib.
Mağaza sahibi vəziyyəti polisə bildirdikdən sonra hadisə yerinə
gələn polislər soyğunçuları polis bölməsinə aparıb. Cütlüyün polis
qruplarına verdiyi ifadədə evlənmək üçün pul tapa bilmədiklərini, buna
görə də zərgəri soymağa çalışdıqları öyrənilib.
Həbs edilən
azərbaycanlı Öznur Hüseynovanın 2022-ci ildə motosiklet kuryeri
işləyərkən keçirdiyi qəzadan sonra başına ələnləri televiziyada
danışdığı da məlum olub.
Oğurluq anının görüntülərini təqdim edirik: