photo_86708747
İstanbulda atışma: 4 azərbaycanlı yaralandı - ANBAAN VİDEO

Türkiyənin İstanbul şəhərində baş verən atışma zamanı bir neçə azərbaycanlı yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Hadisə Sarıyer rayonundakı kafedə qeydə alınıb. Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 5 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

12.09.2022 09:01
show 286