photo_32517347

İşsiz vətəndaşların DİQQƏTİNƏ! QANUNDA dəyişiklik...

"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.


Sonxeber.az xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.


Dəyişikliyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək. Həmin şəxslərə peşə hazırlığı kurslarına cəlb olunduqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.


Bundan başqa, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.


Sonxeber.az

18.01.2022 00:53
show 316