Dünya

İsrail-İran müharibəsi başladı: General həlak oldu, hökumət bunkerlərdə gizləndi

Bu gecə İsrail Hərbi Hava Qüvvələri Tehrandakı bir neçə nüvə proqramı ilə bağlı olan vacib obyektlərə hava zərbələri endirib. İran daxilində bir çox nüvə obyektinə zərbələr endirilib və ölkənin əsas nüvə zənginləşdirmə obyekti isə zədələnib.

Qlobal.net xəbər verir ki, İsrail eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri də daxil olmaqla, İranın yüksək səviyyəli hərbi rəhbərləri və ailələrinin yaşadığı mülki binaları da hədəfə alıb. Məhəmməd Baqeri, həmçinin İran Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə, Baş Qərargahın “Xatəmül-Ənbiya” Mərkəzinim komandanı general-mayor Qulam Əli Rəşidi ailələri ilə birlikdə öldürüldüyü bildirilir.

İran tərəfi isə zərbələr nəticəsində İnqilab Keşikçiləri Korpusunun lideri general Hüseyn Səlaminin ailəsi və hərbi mühafizəçisi ilə birgə öldürüldüyünü, eyni zamanda iki nüvə aliminin (İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İranın nüvə proqramının rəhbərlərindən biri Məhəmməd Mehdi Tehranci) öldürüldüyünü dövlət televiziyasında elan edib. İranda ümummilli fövqəladə vəziyyət elan edilib.

İsrail tərəfi hücumlardan sonra İranın cavab zərbəsi ehtimalını nəzərə alaraq öz hava məkanını bağlayıb və bütün höhumət kabinet olaraq bunkerlərdə gizlənib.

Turab Rzayev

Related Articles

Bir cavab yazın

Back to top button