10.05.2021
11:07
159

İsrail Fələstinlə sərhəd qapısını bağladı

Loading...

İsrail bu gündən etibarən Qəzzadakı Beyt Xanun (Erez) sərhəd qapısını bağladığını açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Fələstindəki İş Koordinasiya Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, Qəzzadan atılan raketlər və alov şarlarına görə bağlanma qərarı verilib.

Əlavə olaraq, insanların keçdiyi qapı humanitar və müstəsna hallar xaricində bağlı qalacaq.

Digər tərəfdən, İsrail ordusunun bu gün səhər saatlarında verdiyi açıqlamada İsrailin Siderot şəhəri və bəzi bölgələrindəki siqnalizasiya sistemlərinin sirenlərinin çalındığı bildirilib. 

Açıqlamada sirenlərin niyə xəbərdarlıq etdiyinə dair heç bir məlumat verilməyib

Loading...