İsmayıllıda ŞOK OLAY: İnəklərin əmcəkləri kəsildi - VİDEO
İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd
vəzilərinin naməlum şəraitdə kəsilməsilə bağlı vəziyyət nəzarətə
götürülüb.
Qlobal.net xəbər verir ki,bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev deyib.
Onun sözlərinə görə, artıq həmin əraziyə ciddi nəzarət olunur: "Girk
kəndində iribuynuzlu heyvanların döşlərinin kəsilməsi barədə məlumat
daxil olub. Dərhal əraziyə baxış keçirilib və zədələnmiş heyvanlardan
qan analizləri götürülərək Respublika Baytarlıq Laboratoriyasına
göndərilib. Yaxın günlərdə müayinələrin cavabları məlum olacaq. Hazırda
ərazidə vəziyyət sabitdir. 2-3 gündən bir bu cür hadisələr baş verir.
Ümumilikdə 17 iribuynuzlu heyvanda bu cür hal aşkar edilib. Ərazidə
dezinfeksiya işləri aparılıb".
B.Şahalıyev deyib ki, bu prosesdə nə xəstəlikdən, nə də insan faktorundan söhbət gedə bilməz: "Bu
vəhşi heyvanların iribuynuzlu heyvanlara hücumu ola bilər. Heyvanlar
çöl şəraitində otlayarkən, yatarkən döş nahiyələri yırtıcı heyvanlar
tərəfindən qoparılıb. Hadisə yerində qan izləri də aşkarlanıb".