İslam və cinsi münasibət: İCAZƏ və QADAĞALAR
Seks və ya cinsi münasibətlər cəmiyyətin həyatında çox önəmli yer tutur.
Bir çoxları İslam dininin bu məsələ ilə bağlı həddən artıq qəddar
olduğunu düşünsələr də, əslində dinimiz seksdə kişi və qadınlara bir çox
hüquqlar və azadlıqlar da vermişdir. Konkret olaraq aşağıdakı seksual
münasibətlərə icazə verilir və ya qadağa qoyulur:
İslam dini seksdə icazə verir
Oynaşmaq, müxtəlif pozalardan istifadə etmək, yaxınlıq etməmişdən qabaq
öpmək, oxşamaq və danışmaq insanı həm fiziki, həm də psixoloji olaraq
hazırlayır və daha çox zövq almağı təmin edir. Əslində, Allahın insana
verdiyi, orqanizmin ifraz etdiyi mayelər yaxınlıq üçün yetərlidir.
Bunlarla kifayətlənmək lazımdır. Ancaq hər hansı səbəbə görə çətinlik
çəkilirsə, o zaman tərkibində donuz piyi kimi haram maddələr olmayan və
insan səhhəti üçün zərərsiz kremlərdən və s. istifadə etmək
mümkündür. Qadın da cinsi əlaqədən özünə görə bir zövq alır, lakin o,
kişidən daha gec vəcdə gəlir və kişiyə nisbətən daha gec orqazm olur.
Buna görə də kişi rahatlandıqdan sonra əlaqəni bitirməyə tələsməməli,
fədakarlıq edib xanımının da orqazm olmasını gözləməlidir.
Cinsi əlaqədən sonra spermanı qadının daxılınə deyil, xarıcə tökmək
icazəlidir, bu barədə hədislər vardır. Əlaqeni
kənarda qurtarmamaq daha yaxşidir.
Kənarda qurtarmamağın daha məqbul olması bu səbəblərdən irəli gəlir:
1) Kənarda qurtardıqda qadına zərər yetirilir, o, ləzzətdən məhrum edilir;
2) Nigahın bəzi məqsədlərinə xələl gətirilir.
İslam dini seksdə qadağa qoyur
Nigahdankənar seksual münasibətlərə (zina), menstruasiya (aybaşı)
zamanı, anal seksə, insestə (yaxın qohumlar ilə cinsi əlaqə),
homoseksual əlaqələr (kişi və kişi arasında olan cinsi əlaqə),
lezbiyalıq (2 qadın arasında olan cinsi əlaqə), nekrofiliya, zoofiliya,
pedofiliya və sado-mazoxizmə.
İntim münasibətlər barədə kənar şəxslərə danışmağa icazə
verilmir. Yaxınlıq zamanı çox danışmamaq lazımdır. Başqasını xəyalına
gətirməmək, uşaqların yanında yaxınlıq etməmək.
İstənilən intim münasibətin, hətta bu münasibətlər qanuni ər və arvad
arasında olsa belə, üçüncü şəxsə danışılmasına, göstərilməsinə və ya onun
gözünün qarşısında edilməsinə qətiyyən icazə verilmir.
Bir çox ərəb ölkələrində nigahın ilk gecəsi ilə bağlı olduqca səhf adət
formalaşıb. Belə ki, gəlinin bakirəliyini sübut etmək məqsədilə ilk
cinsi əlaqə zamanı xüsusi dəsmaldan istifadə olunur. Dəsmalın üzərinə
düşən qan ləkəsi gəlinin bakirə olduğunu (nigahdan əvvəl) sübut edir və
yaxın qohumlara nümayiş etdirilir ki, bu da şəriətə zidd adətdir.
Bu barədə müqəddəs kitabımız olan Quranın bir neçə ayəsində məlumat var.
İslam dinində oral seksə münasibət birmənalı deyil. Qadağan olunmamış
şeyi eləmək günah deyil prinsipi ilə yanaşsaq, oral seks günah sayılmır.
Bir çox ilahiyyatçılar oral seksin qadağan olunmamasına baxmayaraq, yerinə yetirilməsini məqsədəuyğun hesab etmirlər.
Partnyorlar bir birlərinin cinsi orqanına baxmamalıdırlar (qasıq nahiyyəsindən söhbət gedir).
Qadın bədəncə zəifdirsə və ya hər hansı xəstəliyə görə cinsi əlaqəyə girə bilmirsə, onu buna məcbur etmək icazəli deyil.
Müəmmalı məsələlər
Qadağası və icazəsi sual altında olanlar: masturbasiya (onanizm) və
eləcə də qadın hamiləliyi dövründə cinsi münasibətlər. Örtüksüz və çılpaq
şəkildə cinsi əlaqədə olmaq məkruhdur.
Abort
Uşağın süni yolla salınması, yəni abort İslamda birmənalı olaraq haram
hesab edilir. İstisna olaraq hamiləliyin ananın həyatına təhlükə
törətməsi və ya qadının zorlanması nəticəsində hamiləliyin baş verməsini
qeyd etmək lazımdır. Bu hallarda abort haram hesab edilmir. (immunitet.az)