İshal gün ərzində adətən normaldan daha tez-tez boş və sulu nəcisin
çıxdığı bağırsaq hərəkətləridir.
Qlobal.net bildirir ki, diareya ishala verilən başqa bir addır. İshal qısa müddətli
olur. Adətən bir neçə gün davam edir və heç bir müalicəyə ehtiyac olmadan yox
olur. Diareya kəskin, müvəqqəti və ya xroniki, uzunmüddətli və ya daimi ola bilər.
Gündə üç dəfədən çox sulu nəcis çıxarmaq ishal sayılır. Çox ağır ishal
hallarında gündə 13-14 litrə qədər maye itirilə bilər.
Sulu və ya boş nəcis, təcili və daimi tualetə getmək ehtiyacı, tualeti
saxlaya bilməmə, susuzluq, qusma, qarın nahiyəsində ürəkbulanma, halsızlıq və
qaz əmələ gəlməsi ishalın ən böyük əlamətlərindəndir.
Yayda tez-tez rast gəlinən yay ishalı daha çox 0-5 yaş qrupunda olan
uşaqları təsir edir. Ana südü ilə qidalanan uşaqlarda nəcisin 6-7-dən çox, ana
südü ilə qidalanmayanlarda isə 3-dən çox sulu nəcisin olması ishal sayılır.
İshalın Əlamətləri Nələrdir?
Bədənin 10% -də maye itkisi varsa, simptomlar daha şiddətli görünür. Buna
görə ishalın ən çox görülən simptomları aşağıdakılardır:
-Maye defekasiya
-Təcili defekasiya etmək istəyi və tualet tuta bilməmək
- Həddindən artıq defekasiya
- Susuzluq
- Ürəkbulanma və qusma
-Artan qızdırma
- Zəiflik
- Qarın nahiyəsində ağrı və qaz
İshal Niyə Olur?
Diareya bakterial infeksiya kimi müvəqqəti bir vəziyyət və ya bağırsaq xəstəliyi
kimi davam edən bir xəstəlik səbəbindən baş verə bilər. İshalın ən çox görülən
səbəbləri bunlardır:
-Su və qidanın səbəb olduğu bağırsaqların mikrob xəstəlikləri
-Süd və süd məhsulları kimi qidalara qarşı həssaslıq
-Parazitlər
-Laksatiflərin istifadəsi
-Dərmanla əlaqəli yan təsirlər
-İltihabi bağırsaq xəstəliyi kimi bağırsaq quruluşunu pozan xəstəliklər
-Qıcıqlanmış bağırsaq xəstəliyi kimi bağırsağın funksiyasını pozan
pozğunluqlar
İshala Nə Kömək Edir?
Yüngül ishalda: Davamlı qusma və qızdırmasız yüngül ishal zamanı bol su içmək ishala
yaxşı gəlir. Körpədə ishal varsa, ana südü istehlakına diqqət yetirilməlidir.
Orta dərəcədə ishalda: Orta dərəcədə ishal
hallarında narahatlıq və susuzluq daha aydın görünməyə başlayır. Uşaq 6 aydan
yuxarıdırsa, aptekdən alına bilən ishal dəstləri istifadə edilə bilər.
Ağır ishalda: Davamlı və xroniki ishal zamanı həkimə müraciət edilməli və lazımi analizlər
aparılmalıdır. Həkim müayinəsindən sonra diareyanın diaqnozu üçün bəzi analizlər
tələb oluna bilər.
Səbinə
Qlobal.net