Siyasət

İşdən qovulan general-mayorla bağlı ŞOK FAKTLAR – Əli Həsənovun kürəkəni ilə…

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. 

Oxu24.com vəzifəsini itirən general-mayorla bağlı yeni məlumatlar əldə edib. O, rəsmi açıqlanan məlumatlarında Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirməsini qeyd etsə də, ilk oxuduğu universitetin adını gizli saxlayıb.

Mənbənin saytımıza verdiyi məlumata görə, İlqar Abbasov hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunu olub.

Məlumat üçün qeyd edək ki,sözügedən universitetin rektoru hazırda Fransada yaşayan və  Bakının Nəsimi rayon məhkəməsinin qiyabi olaraq həbsə məhkum etdiyi və barəsində beynəlxalq axtarış qərarı çıxarılan Elşad Abdullayev idi.

İddiaya görə, o, həmin universitetə testdən kənar yolla qəbul olunubmuş.

Mətbuatın yazdığına görə,general-mayor rütbəsi daşıyan İlqar Abbasov  gündəlik həyatda və vəzifə başında olarkən  küçə söyüşlərindən istifadə edirmiş.

Belə ki, o, SOMDA-nın əməkdaşları ilə danışarkən bəzən qeyri-etik ifadələr də işlədirmiş.

Xatırladaq ki, İ.Abbasovun birinci müavini general-mayor İsmayıl Hüseynovla da arasında münaqişə yaşanıb. İsmayıl Hüseynov cəmi 9 gün əvvəl – oktyabrın 15-də vəzifəsindən azad edilib.

isfendiyar mohbaliyev 090621 1761389890

Fotoda İsfəndiyar Möhbalıyevdir

İlqar Abbasov öz müavini, millət vəkili Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyevlə də problem yaşayıb. Bir müddət əvvəl isə onların arasındakı münaqişə sakitləşib.

Oxu24.com-un  məlumatına görə, İsfəndiyar Möhbalıyev  PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun kürəkənidir.

settar eli 1761389743

Fotoda  qudalar Səttar Möhbalıyev və Əli Həsənovdur

Onu da qeyd  edək ki, İlqar Abbasov prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Onun Prokurorluqda sonuncu iş yeri Bakı şəhər prokuroru vəzifəsi olub.

Xatırladaq ki,İlqar Abbasov Bakı şəhər prokuroru vəzifəsində olarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinin böyük prokuroru Azad Fətullayevi özünə köməkçi gətirmişdi.

İlqar Abbasovun hüquqi savadı yetərincə olmadığı üçün  Azad Fətullayev onun bu və digər işlərinin icraçısı olub.

Lakin,İlqar Abbasov Bakı şəhər prokuroru olarkən də, tabeçiliyində olan şəxslərlə qeyri-etik münasibət sərgilədiyi üçün A.Fətullayev onunla işləməkdən imtina edibmiş.

Məlumat üçün qeyd edək ki, 05 avqust 2014-cü ildə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) ali xüsusi rütbəsi verilib. 28.09.2018-ci il tarixində “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunub.

15 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub və ona general-mayor ali hərbi rütbəsi verilib.

Related Articles

Leave a Reply

Back to top button