"Reddit"də qadının paylaşdığı hekayə müzakirələrə səbəb olub.
Qlobal.net metbuat.az-a istinadla xəbər verir ki, adını açıqlamayan qadın işdən evə tez gələndə xoşagəlməz mənzərə ilə üzləşib.
O bildirib ki, evinin həyətində bacısının avtomobilini görəndə, bacısının qonaq gəldiyini güman edib. Lakin qadın sakit şəkildə evə daxil olanda həyat yoldaşı ilə bacısını uyğunsuz vəziyyətdə yaxalayıb. Bununla belə, o sakitcə evdən uzaqlaşaraq otelə gedib. Qadın bildirib ki, həyat yoldaşından ayrılmaq və bacısı ilə əlaqəsini kəsmək onun üçün çətin olacaq.
Buna görə də o reallıqla barışaraq, həyat yoldaşından boşanmayacaq.