13.03.2021
11:45
1145

İşdən çıxarılan yüksək vəzifəli QADIN MƏMUR GÖRÜN KİM İMİŞ - FOTO

Loading...

Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.

Qlobal.net xəbər verir ki, onlardan biri olan Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.

Mehriban Nadir qızı Alışanova 1963-cü il  fevral ayının 9-da anadan olub.

1986-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutunun (Dövlət Neft Akademiyası) iqtisadiyyat fakültəsini bitirib. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.

1982-2003-cü  illərdə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Şirkətində işləyib.

2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Milli Televiziya və Radio Şurasına vəzifəyə təyin edilib və həmin ildən 2007-ci ilədək Sədr müavini vəzifəsində çalışıb.

19 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə  Hesablama Palatasının auditoru  təyin edilib.
A.Alışanova hazırda da Hesablama Palatasının 5 auditorundan biridir.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Arif və Mehriban Alışanovların 3 övladı var.

 

Loading...