İş yoldaşının telefonuna gizli proqram yazıb GÖRÜN NƏ ETDİ
"Gülüstan” sarayının əməkdaşını intim görüntülərlə şantaj edən keçmiş iş yoldaşının məhkəmə prosesi başa çatıb.
Qlobal.net "qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır
Cinayətlər Məhkəməsinin hökmunə əsasən, Rəşad Əmirov 7 il 2 ay müddətinə
azadlıqdan məhrum edilib.
Məhkəmə prosesində məlum olub ki, Rəşad Aydın Quliyevin (ad-soyad
şərtidir) telefonuna şəxsi məlumatlarını ələ keçirmək üçün uzaq
məsafədən sahibinin xəbəri olmadan kameranı aktiv etməklə onu gizli
şəkildə izləməyə imkan verən "Trackview” adlı proqram yazıb.
Nəticədə Aydın sanitar qovşaqda olarkən Rəşad onun telefonunun kamerasını aktiv edib və intim görüntülərini lentə alıb.
Bundan sonra isə Rəşad Aydına görüntüləri göndərərək onu şantaj
edib və videonun yayılmaması üçün qarşı tərəfdən 5000 dollar pul tələb
edib. Rəşad Aydının şantaja boyun əymədiyini görüb görüntüləri onun iş
yoldaşlarına göndərib və daha sonra "Gülüstan” sarayının rəhbərliyinə
göndərəcəyinə dair fikrinin ciddi olduğunu bildirib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış etmiş Rəşad Əmirov
zərərçəkmiş şəxsi 10 ildir tanıdığını bildirib. Tərəflərin tanışlığı
"Buta Palace” restoranında işləyərkən olub. Onlar daha sonra "Gülüstan”
sarayında işə qəbul olunublar. Lakin ofisiant kimi çalışan Rəşad Əmirov
tədbir zamanı spirtli içki qəbul etdiyi üçün işdən kənarlaşdırılıb.
Rəşadın Aydının telefonunda proqramı necə yazmasına gəlincə, bu,
2022-ci ilin aprelində baş verib. Belə ki, Aydın özünə aid telefonu
Rəşada verərək ondan mobil telefonun yaddaşına kino izləmək üçün və
sosial şəbəkələrə aid proqramlar yazmasını xahiş edib. Eyni zamanda,
ondan xahiş edib ki, azyaşlı qızının telefonuna nəzarət etmək üçün
xüsusi proqramlar yazsın.
Nəticədə Rəşad Aydının telefonuna proqramlar yazaraq sahibinə
qaytarıb. Onun hərəkətlərini izləmək üçün yazdığı "Trackview” proqramını
isə proqamlar bölməsində gizlədib.
Görüntüləri əldə etdikdən sonra Rəşad Əmirov Aydını şantaj edərkən
əsl kimliyini gizlədib və ona xarici nömrənin vatsapı ilə yazıb. Bir
müddət sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə
araşdırma ilə bağlı dəvət ediblər. Əvvəlcə izahatı alınıb sərbəst
buraxılsa da, daha sonra hədə-qorxu ilə pul tələb etmə cinayətində
şübhəli bilindiyinə görə tutulub. O, bu hərəkəti zarafatla ediyini,
bunun cinayət olduğunu bilmədiyini deyib.
Aydın isə şantaj edilərkən pulunun olmadığını, videonu kimə
istəyirsə, göndərə biləcəyini deyib. Bundan sonra DİN-in 102 xidmətinə
şikayət edib. Bir müddət onu hədələyən şəxsi Binəqədi RPİ-nin 6-cı polis
şöbəsinin əməkdaşları müəyyən edə bilməyib. Sonradan onu Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmaya dəvət edən
zaman məlum olub ki, ona qarşı bu cinayəti törətmiş şəxs uzun müddətdir
tanıdığı Rəşad Əmirovdur.
Buna baxmayaraq, Aydın Quliyev təqsirləndirilən şəxsi bağışladığını
deyib, ona qarşı şikayət və tələbi olmadığını bildirib. Bakı Ağır
Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov isə onu bağışlamayıb. O, 7
il 2 ay müddətlik həbs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində
çəkəcək.