təqvim

İş və istirahət günlərinin yerləri dəyişdirildi -Yeni ildə 7 gün iş olmayacaq

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Qlobal.net xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, Yeni ildə ardıcıl 7 gün iş olmayacaq. Belə ki, 30-31 dekabr, 1- 5 yanvar tarixləri qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.

28.11.2024 12:07
show 128