66bf3f655b6ca202408240037
İrəvan 36 il əvvəlki dəhşətlə üz-üzə: 300 min nəfər ölə bilər
 “İrəvan seysmik xəritədə 9 ballıq təhlükəli zonada yerləşir”.
Bunu Ermənistanın Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Ərazi Xidmətinin direktoru Sos Marqaryan açıqlayıb.
Onun sözlərinə görə, belə bir zəlzələ şəhərdə böyük dağıntılara səbəb olacaq: “SSRİ dövründə Ermənistanın bütün ərazisi üçün seysmik risk lazımi səviyyədə qiymətləndirilməmişdi.Bu gün 8, 9 və 10 ballıq ərazilərin olduğunu bilirik. Lakin SSRİ-nin seymoloji xəritələrində sadəcə 7 və 8 ballıq zonalar qeyd edilib. Bu səbəblə şəhərdə binaların tikintisi də iki ballıq zəlzələ ehtimalı nəzərə alınaraq həyata keçirilib. Lakin paytaxtda seysmik risk daha yüksək, binalar isə həssasdır. İrəvandakı binaların 45%-nin güclü zəlzələ zamanı dağılma riski var. Bu, təxminən 300 min qurbanımız olacaq deməkdir. Lakin əhalisi daha çox olan Türkiyəyə nəzər saldıqda görürük ki, ölənlərin sayı 50-60 min nəfər oldu. Yəni bizdə də gözləniləndən az qurban ola bilər”.
“Ermənistan kimi seysmik zonada yerləşən ölkədə çoxmərtəbəli binaların tikintisinə nəzarət edilməlidir. Zəlzələyə davamlı olan materiallardan istifadə zəruridir. Əks halda 1988-ci ildə olduğu kimi (Spitak zəlzələsi – red.) binalar kibrit qutusutək gözümüzün önündə dağıla, minlərlər insan ölə bilər”, – Marqaryan bildirib.
Qeyd edək ki, avqustun 12-si gecə saatlarında Ermənistanda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentrində yeraltı təkanların gücü 5-6 maqnituda təşkil edib və bir neçə rayonda hiss olunub. (Globalinfo.az)
16.08.2024 15:59
show 224