photo_56095017

İranlı general TƏHDİD ETDİ: "Biz Ermənistan və Azərbaycana..."

İran regionda sərhədlərin dəyişməsinə və qeyri-sabitliyə imkan verməyəcək.

Qlobal.net Modern.az-a istinadla xəbər verir ki, bunu İran Ordusunun Baş Qərargah rəisi, general Məhəmməd Baqiri deyib.
 

"İranın silahlı qüvvələri mehriban qonşuluq prinsiplərinə və beynəlxalq normalara hörmət edərək bəyan edir ki, onlar heç bir qeyri-sabitliyə və sərhədlərdə dəyişikliklərə yol verməyəcəklər. Biz Ermənistan və Azərbaycana problemlərini sülh yolu ilə həll etməyi məsləhət görürük", - Baqeri bildirib.


General qeyd edib ki, İran regionun inkişafında maraqlıdır.

“Tehran münaqişələr və müharibələr törətmir, lakin onlar başlayanda da susmur. İranın hərbi gücü yalnız müdafiə üçün nəzərdə tutulub”, - deyə o vurğulayıb.

 

22.09.2022 13:20
show 533