İranlı ekspert Naxçıvanla bağlı təxribat xarakterli açıqlama verib.
Qlobal.net xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat paylaşılıb.
Özünü “siyasi ekspert” kimi təqdim edən və daim qatı anti-Azərbaycan açıqlamaları ilə gündəmə gələn Rza Abbasi şəxsi “Twitter” hesabında Naxçıvanın Came məscidinin şəklini paylaşaraq yazıb: “Bura Naxçıvandır, görünür ilk öncə İranın Qüdsünü azad etməliyik”.