İranın Şiraz şəhərində oğlan və qızlardan ibarət qruplar tərəfindən skeytbord yarışı təşkil olunub.
Qlobal.net Sfera.az-a istinadən xəbər verir ki, tədbirdən sonra sosial şəbəkələrdə yayılan görüntülərdə skeytbord yarışına qatılan qızların hicab taxmaması diqqət çəkib.
Hadisədən sonra polis hicabsız və kişi-qadın şəklində tədbirə qatılan 5 nəfəri saxlayıb.
İranın dövlət mediası “Qərb düşüncəli gənclərin belə addımları”na qarşı Şirazda mitinq keçiriləcəyini bildirib.