“Rusiyanın Zəngəzurdan (Sünik) keçən yola nəzarəti İran üçün qəbuledilməzdir”.
Qlobal.net xəbər verir ki, bunu iranlı analitik Puya Hüseyni deyib.
O bildirib ki, Tehran təhlükəsizlik məsələlərində güzəşt etməyəcək.
Ekspert əlavə edib ki, özəl şirkətlərin yola nəzarət etməsi də Tehran üçün qəbuledilməzdir. Çünki bu şirkətlərin arxasında hansı ölkələrin dayanacağı bəlli deyil və kəşfiyyat məlumatlarının toplanması təhlükəsi var:
İranlı ekspertin sözlərinə görə, Tehran ərazi bütövlüyü prinsipi çərçivəsində kommunikasiyaların blokdan çıxarılmasını alqışlayır.
O bildirib ki, İran Ermənistana hərbi-texniki dəstək verməyə hazırdır. (Globalinfo.az)