661a275e01a37202404243406
İrandan ABŞ-a ŞOK XƏBƏRDARLIQ

Tehran Vaşinqtona xəbərdarlıq edib ki, əgər İsrail və İran arasındakı münaqişəyə müdaxilə edərsə, ABŞ-ın bölgədəki qüvvələri vurulacaq.

Qlobal.net Yenisabah.az-a istinadla xəbər verir ki, “Axios” bu barədə üç amerikalı məmura istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tehran bu xəbərdarlığı bir neçə ərəb ölkəsi vasitəsilə ABŞ prezidenti Co Baydenə çatdırıb.

Rəsmilər mesajdan sitat gətirərək, "Vaşinqton İsrail və İran arasında döyüşlərə müdaxilə edərsə, ABŞ-ın bölgədəki qüvvələrinə hücum ediləcək" deyiblər.

Portalın həmsöhbətləri qeyd ediblər ki, ABŞ qüvvələrinin raketlərin tutulmasında İsrailə kömək etdiyi və ya yalnız İsrail Ordusunun cavab əməliyyatlarında iştirak etdiyi təqdirdə hücuma məruz qalacaqları xəbərdarlıqdan aydın deyil. Mesajda deyilir ki, “İran onlara hücum edən qüvvələrə hücum edir, ona görə də bizimlə zarafat etməyin, biz də sizinlə zarafat etməyəcəyik”. (Musavat.com)


13.04.2024 10:50
show 282