63d3842c400c7202301235836

İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərov kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə edilən hücum nəticəsində diplomatik korpusun mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub.

Qlobal.net Bizim.Media-ya istinadən xəbər verir ki, Orxan Əsgərov rütbəsi baş leytenant olub.

Şəhidin 2 övladı, bir oğlu və bir qızı var idi. 
 Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. 

Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

27.01.2023 11:58
show 477