İran
İranda etirazlar alovlanır - Tələbələr AYAĞA QALXDI

İranda Məhsa Əmininin ölümünə görə Tehran Universitetinin tələbələri də ayağa qalxıb. 

Qlobal.net xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. 

Məlumata görə, onlar aksiyada İran hökumətinin rəhbərinə qarşı “ölüm olsun diktatora” şüarı səsləndiriblər. 

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıldıqdan bir neçə saat sonra komaya düşüb, sentyabrın 16-da isə xəstəxanada ölüb. Şahidlər, ailə və xəstəxana hesabatları gənc qadının təbii səbəblərdən ölümünü inkar edirlər. Bundan sonra ölkə boyu geniş etiraz aksiyaları başlayıb. (modern.az)

24.09.2022 17:32
show 408