photo_45653004
22.09.2022
21:17
126

İranda etirazçılar Xameneinin şəkli olan 6 metrlik banneri dağıtdı - VİDEO

İranda etirazçılar Xameneinin şəkli olan 6 metrlik banneri dağıdıb.

Qlobal.net Bizim.Media-ya istinadən xəbər verir ki, bununla bağlı görüntüləri "Azad İran" Telegram kanalı yayıb.

Mənbə yazır ki, Babol şəhər sakinləri bir neçə gün öncə Məhsa Əmini adlı 22 yaşlı günahsız qızın "Əxlaq" polisi tərəfindən qətlə yetirilməsinə etiraz olaraq küçələrə çıxaraq hakimiyyət başçılarına qarşı şüarlar səsləndirib.

Əhali, özəlliklə gənclər şəhərin mərkəzi meydanlarından birində Xameneinin böyük reklam lövhəsini tamamilə cırıblar. Bu addım Babol sakinləri tərəfindən alqışla qarşılanıb.