həbs

İranda azərbaycanlı zabitlər həbs olundu

Təbriz və Mərənddə azərbaycanlı zabitlərin həbs olunduğu barədə məlumat yayılıb.

Qlobal.net Bakupost.az-a istinadən xəbər verir ki, məlumatda Təbrizdə yerləşən xüsusi təyinatlı qüvvələrin 121-ci briqadası və Mərəndin 321-ci briqadasının 19 azərbaycanlı zabit və hərbçisinin həbs edildiyi deyilir.

Həbslərin SEPAH-ın Kəşfiyyat Təşkilatı və İran Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının kəşfiyyat bölməsinin əməkdaşlığı ilə həyata keçirlidiyi qeyd olunub.

Məlumat barədə hələlik rəsmi açıqlama verilməyib və İran mediası xəbər yaymayıb.

08.10.2022 16:42
show 338