633146b03b820202209222904
İranda 20 yaşlı azərbaycanlı şair vəhşicəsinə qətlə yetirildi - FOTO

İranda keçirilən etiraz aksiyaları zamanı gənc qız hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib.

Qlobal.net xəbər verir ki, 20 yaşlı Hədis Nəcəfi Kərəc şəhərində keçirilən aksiya zamanı 6 güllə yarası alıb. Nəcəfinin bacısının sözlərinə görə, o, baş, boyun, sinə və qarnından yaralanıb.

Hədis Nəcəfinin ölümü sosial şəbəkələrdə rezonans doğurub. Bir çox istifadəçi onun bir müddət əvvəl çəkilən fotosunu da paylaşıb.

20 yaşlı azərbaycanlı şairə Hədis Nəcəfinin vəhşicəsinə qətlə yetirlməsi ilə bağlı bu gün nümayişlər gözlənilir.
İlk aksiya Nəcəfinin doğulub yaşadığı Kərəc şəhərində (Güney Azərbaycan) olacaq.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Dünən keçirilən aksiya zamanı polis etirazçı qadınlara atəş açıb. Bu zaman polis gözyaşardıcı qazla 29 yaşlı qızı sinəsindən güllələyib. Hazırda həmin qadının ağır yaralı olduğu bildirilir. Ümumilikdə isə aksiyalar zamanı 55 nəfərin həlak olduğu məlumdur. (qafqazinfo)




26.09.2022 10:26
274