İran Prezidenti Məsud Pezeşkian Təbrizdə azərbaycanca Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini səsləndirib.
Qlobal.net “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Prezident İranın ən iri şəhərlərindən biri olan Təbrizdə keçirilən mədəniyyət həftəsinin bağlanış mərasimində şeiri səsləndirərkən ona bir nəfər yaxınlaşıb. Həmin şəxsin İran Prezidentinə nə dediyi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Həmin görüntüləri təqdim edirik: