661af1f4d7074202404245828
İran İsraili vurdu - Müharibə başladı (YENİLƏNİR)

Yəməndə İsrail istiqamətində yeni PUA-ların buraxıldığı bildirilir.

Axios-un əməkdaşı Barak Ravid bildirib ki, İran yüzlərlə PUA ilə hücuma keçib.

Ağ Evin mətbuat xidməti Prezident Co Baydenin Təhlükəsizlik Şurasının üzvləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyini açıqlayıb.

***

İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciət edib.

O, İrandan birbaşa hücumu gözlədiklərini və buna hazır olduqlarını bildirib.

"Mən dəqiq prinsip müəyyən etmişəm - bizə ziyan vuran istənilən qüvvəyə ziyan vuracağıq. Özümüzü istənilən təhlükədən müdafiə edəcəyik. Bunu sakit və qətiyyətli şəkildə həyata keçirəcəyik"- Netanyahu vurğulayıb.

00.20

İran az öncə öz ərazisindən İsrail istiqamətində PUA-larla hücuma keçib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi məlumatında deyilir.

***

İran dronlarla İsrail ərazisinə zərbə endirib.

Bu barədə İsrailin “Kan” radiostansiyası məlumat yayıb.
ABŞ mediasının məlumatına görə, İran İsrailə 70 "Shahed" PUA-sı ilə hücum edib.
Bəzi KİV-lər hücumun Livan ərazisindən həyata keçirildiyini bildirib. Eyni zamanda İranın öz hava məkanını tamamilə bağladığı bildirilir. (bakupost.az)
14.04.2024 00:55
show 285