30.09.2021
17:23
116

İran Azərbaycanla sərhəddə YENİ TƏLİMLƏRƏ başlayır

Loading...

İran ordusu ölkənin şimal-qərbində, Azərbaycan sərhədində “Fatihan Xeybər” adlı təlimlər keçirəcək.

Metbuat.az “TRThaber”ə istinadən xəbər verir ki, Quru Qüvvələri komandanı Kiyomers Haydarinin sözlərinə görə, təlimlər sabah başlayacaq. Təlimlərə zirehli texnikalar, topçu bölmələri, pilotsuz uçuş aparatları və helikopterlər cəlb ediləcək.

Təlimlər helikopterlərin atışı ilə başlayacaq. Haydarinin sözlərinə görə, təlimlərin məqsədi bölgədəki hərbi birliklərin döyüşə hazırlığını yüksəltməkdir.

Loading...