İran Araz çayını keçməyə hazırlaşır? - VİDEO
Oktyabrın
17-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qoşunları
Azərbaycanla sərhəd ərazilərdə üç günlük hərbi təlimlərə başlayıblar.
Qaynarinfo xəbər verir ki, Arazboyu ərazilərdə keçirilən təlimlərin
açılışında SEPAH-ın baş komandanı general Hüseyn Salaminin şəxsən
iştirakı ona verilən əhəmiyyətin göstəricisi sayıla bilər.
Bu barədə "Azad İran” "YouTube” kanalında təqdim olunan materialda deyilir.
Qeyd edilir ki, təlimlərdə iştirak edən hərbi hissələrin çeşidi və
miqyası hətta iranlı müşahidəçiləri də heyrətə salıb. Hərbi ekspert Rəca
Həddadi vurğulayıb ki, bu həcmdə hərbi təchizat və texnika sırf təlim
üçün nəzərdə tutula bilməz: "Yəqin, daha böyük xəbərlər eşidəcəyik”.
Ətraflı videoda: