65e9a2e179e87202403242001
İpoteka yolu ilə ev alan vəfat edərsə, onun borcunu KİM ÖDƏYİR?

İpoteka ilə ev alqı-satqısında ilk olaraq alıcı ilə razılaşma əldə edilir. Daha sonra ipotekanın yerləşdiyi bankla əlaqə saxlanılır və kreditin köçürülməsi həyata keçirilir. Yəni evin borcu yeni alıcıya keçir. Daha sonra alıcı hissə-hissə ödəməklə krediti tam ödədikdən sonra mülkiyyəti adına keçirə bilər. İpoteka vaxtı bitməmiş şəxs əgər vəfat edərsə, onun borcunu kim ödəyir?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sonxeber.az-a açıqlama verib:

"Hər hansısa bir əmlak əgər ipoteka yaxud digər kreditli vasitələrlə əldə olunursa, həmin əmlak sənəd olaraq vətəndaşın, alıcının öz adına qeydiyyatdan keçsə də, rəsmi olaraq yüklü olaraq göstərilir. Yəni bankın balansında yüklü olaraq qeyd olunur. Kredit ödənilib tam bitdikdən sonra, yalnız həmin yüklülük üzərindən götürülür. Vətəndaşın bu zaman tam mülkiyyətinə keçirilir. Əgər kreditlə mənzil alan şəxs həyatını itirirsə, təbii ki, ailəlidirsə həyat yoldaşı yaxud övladı, vərəsəlik götürür. Həmin krediti isə o vərəsələr ödəməlidir. Əgər şəxsin hansısa bir vərəsəsi yoxdursa, vərəsənin ödəmə qabiliyyəti yoxdursa, o zaman bu əmlak hərrac vasitəsilə satılır. Banka qalan borc hissəsi banka göndərilir və kredit bağlanılır. Digər hissə isə mənzilin keçmiş sahibinin yaxınlarına ödənilir. Təbii ki, burada ölüm haqqında şəhadətnamə tələb olunur. Vərəsələrin vərəsəliyi sübut edən sənədlər tələb olunur. Eyni zamanda vərəsənin əmlakı öz adına keçirib ödənişi davam etdirə bilər. Digər tərəfdən o əmlak satılıb vərəsələr arasında yerdə qalan pul bölünə bilər".

07.03.2024 16:00
show 150