İntim videosu yayılan polkovnikin rütbəsi geri alındı - SAXLANILDI
İntim
görüntüləri yayılan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin
köməkçisi, polkovnik Zaur Mirzəyev bir neçə gün əvvəl vəzifəsindən azad
olunub.
Qaynarinfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu
barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr
imzalayıb. Nazirin digər əmri ilə dövlət qurumunda etik davranış
qaydalarını və prinsiplərini kobud şəkildə pozduğu üçün Zaur Mirzəyevə
verilən polkovnik rütbəsi geri alınıb, onun hərəkətlərinə hüquqi qiymət
verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdimat verilib.
Artıq Zaur Mirzəyevin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata
görə, baş verən hadisə ilə bağlı qanunvericiliyin tələblərinə uyğun
olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına
müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə
yetirilir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın
verilməsi təmin ediləcək.
Baş Prokurorluq bir daha sosial şəbəkə istifadəçiləri və media
nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla
bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların
şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır.