63ff116c45233202303234844
İntim videosu yayılan Gömrük Postunun rəisi ilə bağlı YENİ XƏBƏR - VİDEO

Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıb.

Qlobal.net apa-ya istinadən xəbər verir ki, Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib.

Artıq postun yeni rəisinin də adı məlumdur. Belə ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub.

 Sədərək Gömrük İdarəsinin rəisi Nicat Mahmudovun intim videosu ötən ilin noyabr ayında sosial şəbəkədə paylaşılmışdı. 


01.03.2023 12:46
show 31569