Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə
Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev
xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və fotoçəkiliş
həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair
asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin
şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla, 2019-cu ilin
sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim
münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Hazırlanmış qanunsuz
pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet
şəbəkələrində yayılmasına səbəb olub.
Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar
surətdə kənara çıxaraq, cinayət xarakterli əməlləri ilə həmin şəxslərin
hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin
işgüzar nüfuzuna ciddi xələl gətirərək, ağır nəticələrə səbəb olmasına
əsaslı şübhələr müəyyən edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın
toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları
qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə
ittiham elan edilib.