Qlobal.net milli.az-a istinadla intim həyatlarında ən ideal bürclər barədə məlumat verir:
Qoç bürcünün qadını hər mövzuda olduğu kimi, cinsi həyatda da
liderliyi əldən vermək istəmirlər. Seks onun üçün bir növ məşq kimidir.
Qarşısındakı kişini həm həyatda, həm də yataqda sınayır. Bu cazibədar
qadının yataqdakı tərəf müqabili atletik bədənli, mərd və dürüst bir
kişi olmalıdır.
Qoç bürcünün kişiləri
Seksə çox düşkün olan Qoç bürcünün kişiləri ehtiraslı davranışları ilə
qarşısındakı qadını dəliyə çevirir. Bəyəndiyi qadını asanlıqla əldə
edir. Seksdə eqoist və kobud davranışları ilə romantik qadınların
xəyallarını puç edə bilər. Hər an hər yerdə sekslə məşğul olmağa
hazırdır.
Buğa bürcünün qadınları
Buğa bürcünün əlçatmaz görüntüsünün altında olduqca alovlu qadın
gizlənir. Yataqda klassik mövqeləri xoşlayır. Yataqdakı oğlanın maraqlı
və təsirli olması vacibdir. Tələsik davranmağı sevmədiyinə görə,
səbirsiz kişilər ondan uzaq durmalıdır.
Buğa bürcünün kişiləri
Buğa bürcünün kişiləri nə qədər ehtiraslı da olsa, yataqda nəvaziş və
sevgi tələb edir. Nəvazişi və sevildiyini hiss etməyi çox xoşlayır.
Seksdə yeniliklərə açıq deyil. Klassik mövqelərə üstünlük verir.
Əkizlər bürcünün qadınları
Ağlı ilə diqqət çəkən əkizlərin qadınlarının zəkasını istifadə etmədiyi
yeganə yer yataq otağıdır. Seksə adi məşğuliyyət kimi baxır. Seks onun
üçün yalnız bir yüngüllük vasitəsidir. Marağını seksə yönəltmək üçün
erotik yazışmalar, ya da telefon danışıqlarından istifadə edə
bilərsiniz.
Əkizlər bürcünün kişiləri
Əkizlər bürcünün kişiləri seksə oyun kimi baxırlar. Sevgi məsələsində o
qədər də sadiq olduğu deyilməz. Çünki müxtəlif qadınlarla fərqli
məkanlarda görüşməyi sevirlər. İdeal bədən quruluşuna malik olan və
intellektual qadınları unuda bilmirlər.
Xərçəng bürcünün qadınları
Romantik xərçəng bürcü qadını gözəl sözlərdən və zərif toxunuşlardan çox
təsirlənir. Yataqda olduqca ehtiraslı olan bu qadın, onu qoruyan
kişilərə qarşı çox həssasdır. Onu ehtirasla öpüb, qulağına sevgi sözləri
deməyiniz seksə təhrik edir.
Xərçəng bürcünün kişiləri
Qadınlar tərəfindən cəlbedici olan xərçəng kişiləri ana quzusu kimi
görünsə də, yataqda olduqca ehtiraslı davranır və tərəf müqabilini çox
təəccübləndirir. Yad məkanlarda sevişməkdən xoşlanmaz, özünü evində kimi
rahat hiss etməlidir.
Şir bürcünün qadınları
Şir qadını hər kəsin diqqətini çəkir, ancaq o özü, sakit təbiətli bir
kişini yatağında görmək istəyir. Tərəf müqabilinin ona heyran olması
seks istəyini daha da artırır. Yataqda nəzarətin tərəf müqabilində
olmasından xoşu gəlir.
Şir bürcünün kişiləri
Şir bürcünün kişiləri eynilə normal həyatında olduğu kimi, yataqda da
əzizlənməyi xoşlayırlar. Yataqdakı tərəf müqabilinin cəlbedici olmasını
istəyir. Erotizmi xoşlayır, buna görə üz-üzə sevişmədən daha çox həzz
alırlar.
Qız bürcünün qadını
Vasvası qız bürcləri tərəf müqabilinin təmiz və baxımlı olmasını tələb
edir. Bəzi qız bürcləri, hətta gigiyena düşkünü olduğu üçün, kiçik
problemlərindən dolayı duşda sevişmək istəyə bilər. Vəhşi davranan
kişilər əvəzinə, onlarla nəzakətli davranan kişilərə üstünlük verirlər.
Qız bürcünün kişiləri
Qarşısındakı qadının ağıllı və təmiz olması onu seksə təhrik edir.
Eynilə qız bürcü qadını kimi gigiyenik qaydalara düşkündür. Sekslə
məşğul olmaq üçün qarşısındakı qadına tam güvənməsi lazımdır. Masaj onu
sakitləşdirmək üçün əla vasitədir.
Tərəzi bürcünün qadınları
Tərəzi bürcünün zərif və həssas qadınları yataqda şəfqətli və nəzakətli
rəftardan xoşlanır. Yataqda jarqon və söyüşlər yolverilməzdir.
Sevişdikləri şərait mütləq qlamur və gözəl olmalıdır.
Tərəzi bürcünün kişiləri
Qadın gözəlliyinə çox fikir verən tərəzi bürcünün kişiləri ancaq gözəl
qadınlarla görüşmək istəyirlər. Əks təqdirdə, tərəf müqabilini görməmək
üçün qaranlıqda sevişməyə üstünlük verər. Yataqda hakim olmağı sevən
tərəzi kişiləri nəzarəti ələ alan qadınlara da "yox" deməzlər.
Əqrəb bürcünün qadınları
Əqrəb bürcünün qadınları yataqda vamp və vəhşidir. Qaranlıqdan xoşu
gəlir. Çox ehtiraslıdır. Əqrəb bürcü qadınının ehtirasına təslim olmayan
kişi çox azdır. Dəlicəsinə aşiq olduğu kişi ilə məkana və zamana fikir
vermədən sevişə bilər.
Əqrəb bürcünün kişiləri
Seks əqrəb kişilərinin həyatının əsas mənasıdır. Hətta ac qala bilərlər,
amma sekssiz əsla! Cazibədar hesab etdiyi hər qadınla sevişir. Ancaq
aşiq olduğu zaman eyş-işrətdən soyuyur. Sevişməyə hər an hazırdır.
Oxatan bürcünün qadınları
Oxatan bürcünün qadınları seksə əyləncə kimi baxırlar. Hətta bəzən
söhbət etməyi seksdən üstün tutarlar. Oxatan bürcünün qadınını sevişməyə
yola gətirmək üçün əvvəlcə onunla yaxşı yoldaş olmaq lazımdır. Müxtəlif
fantaziyalara "Yox" deməzlər.
Oxatan bürcünün kişiləri
Oxatan bürcünün kişiləri macəralı və ekzotik şəraitlərdə sevişməyi çox
sevirlər. Alovlu ehtirası tərəf müqabilinin yataqda özünü dünyanın ən
gözəl qadını hiss etməsini təmin edir. Lakin eşqbaz olduğu üçün
ağlı-fikri daim digər qadınlarda olur.
Oğlaq bürcünün qadınları
Oğlaq bürcü altında doğulan qadını ancaq bir kişiyə tamamilə etibar edib
ona yatağını açır. İlk vaxtlarda soyuq və məsafəli davransa da, kişiyə
inamı artdıqca yataqda daha ehtiraslı qadına çevrilir. Seksdə
hakimiyyətin tərəf müqabilində olmasını xoşlayır.
Oğlaq bürcünün kişiləri
Oğlaq bürcünün kişiləri adətən bir qadınla görüşür və etimad etdiyi
qadınla eyş-işrət yaşayır. Tərəf müqabilinin tamamilə özünə təslim
olmasından xoşu gəlir. Ciddi və yaşca özündən böyük qadınlardan xoşu
gəlir.
Dolça bürcünün qadınları
Azadlıqsevər dolça qadın üçün seksin sərbəst yaşanması lazımdır. Tək
gecəlik əlaqələrə də pis baxmır. Monotonluğu xoşlamadığı üçün klassik
mövqelərdən tez sıxılır. Yeniliklərə açıq olduğundan qeyri-adi
fantaziyaları ilə tərəf müqabilini təəccübləndirir.
Dolça bürcünün kişiləri
Dolça bürcünün kişiləri yaxşı anlaşdığı və dost olduğu qadınlarla
görüşür. Utancaq olduqları üçün bəzən ilk addımı qadın atmalı olur.
Sirli və ağıllı qadınlarla görüşməkdən həzz alır.
Balıq bürcünün qadınları
Romantik balıq qadınlarının biri ilə sevişməsi üçün ən vacib meyar o
adama aşiq olmasıdır. Seks zamanı kobud və sərt hərəkətlərdən xoşu
gəlmir. Tərəf müqabinə qarşı itaətkardır.
Balıq bürcünün kişiləri
Balıq bürcünün kişiləri çox tez-tez aşıq olduğu üçün sevgililəri də daim
dəyişirlər. Yataqda hakimiyyətin qadında olması xoşuna gəlir.
Göründüyündən daha ehtiraslıdır. Çox sevildiyini eşitmək yataqda onu
hərəkətə keçirir.