638623365a71f202211222022
29.11.2022
19:19
29486

İntim görüntüləri yayılan qadın polis işdən qovuldu - FOTO

Əxlaqsız saytlarda görüntüləri olan qadın polis işdən qovulub.

Milli.Az bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.

Londonda yaşayan Sem Helena adlı qadın polis 2020-ci ildə çılpaq videolar çəkməyə və "onlyfans" platformasında yerləşdirməyə başlayıb. Rəhbərləri ona xəbərdarlıq etsə də, o, "Tatulu Barbi" ləqəbi ilə videolar yayımlamağa davam edib. O, videolarının birində polis nişanı və "Dəcəl zabit" yazısı olan korsetdə olub.

"Bizim hamımızın şəxsi həyatın toxunulmazlığı hüququmuz var, lakin polis əməkdaşı olanda siz Etika Kodeksinə riayət etməlisiniz. Orada deyilir: "İşdə və işdənkənar mən polisi gözdən salmayacam və ictimai etimadı sarsıtmayacam"", - istefada olan böyük polis müfəttişi Mik Nevill deyib.

Qadın artıq polis əməkdaşı olmasa da, ona qarşı disiplini kobud şəkildə pozmaq haqda ittiham sürülə bilər.