İntim əlaqə haqqında bilməli olduğunuz - 10 FAKT
Sağlıqlı intim həyat hər bir kişi və qadın üçün vacib hesab edilir.
Mütəxəssislərin son araşdırmaları bir çoxlarınızı təəcübləndirəcək. Qlobal.net "Medicina"ya istinadla seks barədə ağlagəlməz 10 faktı təqdim edir:
1. Seks
ilə məşğul olmaq - sinir və ürək - damar sistemlərinə faydalı təsir
göstərir. Psixikanı tarazlaşdıran kortizol hormonunun ifrazı ilə bədəni
stressdən azad edir.
2. Cinsi oyanma və orqazm- qanda
leykositlərin sayını artırır. Nəticədə bədənin immun müdafiəsi
aktivləşir ki, soyuqdəymələr insana o qədər də təsir etmir.
3. Qadınlarda
süd vəzi uclarına toxunmaq oksitosin istehsalını stimullaşdırır. Bu
hormon orqazmıa səbəb olan vaginal və uşaqlıq yolunun daralmasına səbəb
olur.
4. Belə bir araşdırma var ki, hər gün alma yeyən qadının
daha çox seksual hissi olur. Eləcə də cinsi əlaqə zamanı daha çox həzz
ala bilir.
5. 45 - 59 yaş arası kişilər həftədə iki dəfə sekslə məşğul olarsa, insult və infarkt riskindən ölmə halları azalacaq.
6. Cinsi əlaqə zamanı orta hesabla kişi 1 dəqiqəyə 4,2 kolori, qadın isə 1 dəyqəyə 3,1 kolori yandırır.
7.
Cinsi münasibət yuxusuzluğun qarışısını ala bilər. Cinsi əlaqədən sonra
qanda prolaktin hormonu dövran edir. Nəticədə insana məmnunluq və
rahatlıq hissi bəxş edir
8. Hətta ən uğurlu cinsi əlaqədən sonra
insan özünü kədərli və hirsli hiss edə, hətta ağlaya da bilər. Bu
emosiyalar tamamilə normaldır.
9. Oral sekslə məşğul olmaq 35%
insanlarda papillioma virusu infeksiyasına (İPV) yoluxa bilər. Üstəlik
yoluxduğu gündən bir neçə il ərzində boğaz xərçənginə səbəb olur.
10. Qadınlar kişilərdən orta hesabla 14 saniyə daha uzun orqazm yaşayırlar: müvafiq olaraq 20 saniyəyə qarşı 6 saniyə