63ad5108951ef202212223416
İnternetdən sifariş verdi: Göndərilən qutunu açanda ŞOKA DÜŞDÜ

Türkiyənin Samsun vilayətində internet vasitəsilə qızı üçün telefon sifariş edən alıcı xoşagəlməz hadisə ilə üzləşib.

Qlobal.net Metbuat.az-a istinadən xəbər verir ki, o, bahalı telefon üçün 4750 lirə ödəyib. 4 gündən sonra sifariş gəlib. Qutunu açan türkiyəli şoka düşüb. Qutudan 250 lirə dəyərində telefon çıxıb. Alıcı telefonu göndərən satıcı ilə əlaqə quraraq, məsələni izah edib. Lakin həmin şəxs müxtəlif bəhanələrlə alıcının tələbini yerinə yetirməyib. Türkiyəli hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

29.12.2022 12:33
show 911