photo_80771391
İnsanı yoxsul edən VƏRDİŞLƏR: 7 VACİB MƏSLƏHƏT

Məşhur ekstrasens Aleksandr Şeps elə hesab edir ki, insanın varlana və maddi vəziyyətini düzəldə bilməməsinin əsl səbəbləri onun pis vərdişləri ilə bağlıdır.

Odur ki, Şeps insanı kasıb edən vərdişlərin siyahısını açıqlamağa qərar verib.

Qlobal.net bu yazıda oxucuları "Ekstrasenslərin mübarizəsi" verilişinin qalibi olan A.Şepsin insanı yoxsulluğa sürükləyən vərdişlərlə bağlı hazırladığı siyahı ilə tanış edir.

Şikayət vərdişi

Əgər insan səhərdən axşamacan pul qıtlığından və həyatda xoşbəxt olmamasından şikayət edirsə, bu zaman şüurundakı mənfi fikirlər onu pulsuzluğa və fəlakətlərə doğru aparır.

Kiməsə öz bədbəxtliyi haqqında danışan insan özünü neqativ əhval-ruhiyyəyə kökləyir. Axı çoxdan məlumdur ki, söz və fikirlər həyata keçir. Həyatından şikayət edən insan daha da pis olur və ətrafa da çoxlu neqativ enerji yayır.
Aleksandr Şepsin sözlərinə görə, pul daim şikayət edən adamları sevmir. Odur ki, daim şikayət etməyə son verin.

Birdən-birə hər şeyə sahib olmaq arzusu

Pul qazanmaq və təhlükəsiz yaşamaq üçün çalışmaq lazımdır. Kasıb insanlar bir çox hallarda hər şeyə birdən-birə sahib olmaq istəyir. Əlavə səy göstərməyən, həmçinin risk etməkdən qorxan insanlar heç vaxt varlana bilməyəcəklər.

Yadda saxlayın ki, heç nə səbəbsiz baş vermir.

Sevmədiyin işi görməyə öyrəşmək

Aleksandr Şeps onu da iddia edir ki, sevinc və xoşbəxtlik gətirməyən, sənə maraqlı olmayan sahədə çalışmaqla uğur qazanmaq olmaz. Pul cəlb etmək üçün qəlbini sevindirən işlərlə məşğul olmaq lazımdır. Ancaq bu halda insan varlanmağa can atır.

Həsəd aparmaq vərdişi

Paxıllıq nəinki varlanmağa mane olur, həm də daxildən sizi yeyir, nəticədə insanı tənhalığa, hətta xəstəliklərə gətirib çıxarır. Başqasının uğuruna paxıllıq edən adam öz planlarını həyata keçirə, fəaliyyət göstərə və irəli gedə bilmir, həmişə narahatçılıq içində yaşayır.

Qənaət etmək vərdişi

Elə məsələlər var ki, onlara qəti qənaət etmək olmaz: Bu, sağlamlıq, uşaqlar və təhsillə bağlıdır.

Bundan başqa, hər şeyin ən ucuzunu almaq vərdişini dərhal tərgitmək lazımdır. Hər qəpik üzərində əsən insan heç vaxt özünə pul cəlb edə bilməyəcək.

Vaxt öldürmək adəti

Vaxtını insan özü idarə etməlidir, vaxt onu deyil. Həyatının ən dəyərli saatlarını boşa və məqsədsiz sərf edən insanın başından pul tökülməyəcək. Aleksandr Şeps vaxtını boşa itirməməyi və bu günün işini sabaha saxlamamağı tövsiyə edir.

Gözləmək vərdişi

Daim münasib vaxtı gözləyən və planlarını məhz indi reallaşdıra bilməməyin səbəblərini axtaran insanların ayrıca kontingenti mövcuddur. Məsələn, elə insanlar var ki, öz biznesini qurmaq üçün həmişə əlverişli məqam və fürsət gözləyir. Fəaliyyətə başlamaq üçün qərar verə bilməyən adamlar bilməlidir ki, onlar bu fikirdə olduğu müddətdə əlverişli məqam heç vaxt gəlməyəcək. Əgər məqsəd varsa, ona elə indi nail olmaq lazımdır, əks halda o heç vaxt əldə olunmayacaq.

Aleksandr Şepsin sözlərinə görə, əksər insanların uğursuzluğa düçar olmasının əsas səbəbləri yuxarıda sadalanan vərdişlərdir. (publika.az)

30.08.2022 12:40
show 288