İnsanı kasıb edən SƏBƏBLƏR – Oxuduqca DƏHŞƏTƏ DÜŞƏCƏKSİNİZ
Yoxsulluq təkcə maddi vəsaitin çatışmazlığı deyil, insanın özündə
formalaşdıra bilmədiyi yüksək keyfiyyətlər, zamanla ayaqlaşa bilmə
bacarığı, özünə yaxşı ətraf yaratması cəhətlərinin olmaması da mənəvi
yoxsulluqdur. Əgər fiziki, mənəvi pis vərdişlərdən insan özünü xilas edə
bilsə, o zaman zənginlik və firavanlıq özü onun qapısını döyəcək.
Psixoloqlar kasıb insanları 12 il müşahidə etdikdən sonra onları
yoxsulluq içində çabalamağa vadar edən səbəbləri tapıblar. Bunlar
insanların özlərində formalaşdırdığı vərdiş və komplekslərdir.
Həmin səbəbləri diqqətinizə çatdırırıq:
1. Başqalarını günahlandırmaq – kasıblar heç vaxt günahı özlərində
görmürlər. Məsuliyyətdən yaxa qurtarmaq üçün özlərindən başqa hər kəsi,
hətta zəmanəni də günahlandırırlar.
2. Vaxtı uzatmaq – yüz ölçüb bir biçmək yaxşı şeydir, amma vaxtın qızıl
olduğunu da unutmaq olmaz. Vaxt keçir və insan özünə sual verməlidir ki,
mən nə etmişəm, bundan sonra nə edə bilərəm?
3. Aza qane olmaq – kasıb insanlar risk etməyə qorxurlar. Daha doğrusu,
risk etməyə qorxan elə kaslb qalır. Əlindəki cüzi miqdardan milyonçu
olan keçmiş kasıblar da az deyil. Ümumilikdə isə maaşdan maaşa
dolanaraq, aza qane olmağa özlərini öyrədirlər. Əslində isə insan özünü
daha yaxşı həyata layiq hesab etsə, silkinib qalxa bilər.
4. Pulsuz oxumaq – kasıblar pulsuz təhsilə, treninqə, kurslara yazılmaq
istəyirlər. Amma hamı bilir ki, cibindən pul vermədiyin müəllimə heç kim
qulaq asmır. Məsələn, orta məktəblərdə keçilən dərsləri repetitor da
keçir. Əlavə nəsə öyrətmir ki? Sadəcə repetitora pul verildiyi üçün,
boşa getməsin deyə canına əziyyət verib oxuyurlar. Amma məktəb pulsuz
olur. Ona görə də xarici ölkələrdə pullu təhsil və kurslar daha uğurlu
sayılır. Həm də belə yerlərdə keyfiyyət göstəricisi də yüksək olur.
5. Özünə yazığı gəlmək – kasıb insan özünə həmişə acıyıb, özünü öz
gözündən salıb. Bunu ilk sadalanan səbəblə də bağlamaq olar – “öz
zamanımda doğulmamışam, mən başqa ölkənin vətəndaşı olmalıydım, ailəm,
arxam olmayıb” və s. Düzdür, öz ölkəsində uğursuzluğa düçar olub, başqa
ölkələrdə şöhrət tapanlar da var, amma bunun üçün də gərək cəhd edəsən.
Yerindəcə oturub “mən amerikalı olmalıydım” deməklə olmur. Gərək
amerikalı olmağa cəhd göstərəsən. Çox vaxt isə xarici qüsurlarını
günahlandırırlar: qısa boyun, çirkin üzün, yöndəmsiz bədən quruluşunun
ona mane olduğunu deyirlər. Lakin tarix də göstərir ki, zirvəyə qalxmaq,
dövlətli olmaq istəyən çirkin vücudundan “seks simvolu” da yarada
bilər.
6. Taleyindən gileylənmək – kasıb adamın ən “sevdiyi” məşğuliyyətdir.
Oturub-durub fələyi, zəmanəni, qara bəxtini söyən adamdan nəsə uğur
gözləməyə gərək yoxdur. Çünki gileylənməkdən başı açılmır. Düşünən insan
isə taleyin hər zərbəsini bir fürsət bilir. Onu yıxılmaq qorxutmur,
əksinə hər yıxılanda daha möhtəşəm dikələ bilir.
7. Başqaları nə deyər – düşüncəsi kasıbın “belini qıran” ən əsas
yanlışlardandır. Uğurlu insanlar başqalarının nə dediyinə baxmadan öz
ağlı ilə hərəkət edən, öz istəyinə çatanlardır. Kasıb isə ətrafından,
cəmiyyətdən çox asılıdır. Üstəlik bu “başqaları” da qətiyyən uğurlu
insan deyillər. Elə özü kimi addım atmağa qorxanlardır.
8. Pulu boşa xərcləmək – burda deyə bilərsiniz ki, kasıbın xərcləməyə
pulu varmı? Elə məsələ də bundadır: əlində olan-qalanı da xərcləyir.
“Onsuz da qəpik-quruşdan nə olacaq ki?”, deyərək hər xırda şeyi alıb evi
doldurur. Ağlına da gəlmir ki, o xırda pullar illərlə də olsa yığılıb
xeyli pul ola bilər. Dama-dama göl olmaq məsələsi…
9. Sevmədiyi işlə məşğul olmaq – maaşı bəhanə edib sevmədiyi işlə məşğul
olmaq da geniş yayılmış səbəblərdəndir. Sevdiyi və bacardığı işin
qulpundan yapışmaq yerinə qohum-əqrəbaya görk olmaq üçün hər gün
ayaqlarını sürüyə-sürüyə işə yollanmağa hazırdır. Yalnız həftəsonlarının
xəyalı ilə yaşayır, rəhbərliyi söyür, bacardığı işin dalınca isə
getməyə cəsarəti çatmır. Bunun üçün onun daim əl altında olan bəhanələri
var.
10. Başqasının həyatı ilə yaşamaq – varlı ədəbiyyat oxuyub özünü
maarifləndirir, kasıb isə oxuyub özünü qəhrəmanların yerinə qoyur. Ya da
oturub seriala baxır, sonra sanki öz qonşusu, qohumu imiş kimi onu
müzakirə edir. Serial bitdikdən sonra isə şou-proqramlara baxıb müğənni
və aktrisaların taleyi ilə maraqlanır. Kasıb xəyallarla yaşayır, öz
kumirlərinin uğurlarından zövq alır, özü isə ömrünün kərpic-kərpic
sökülməsinə əhəmiyyət vermir.publika.az