İnsan beyin nümunələrində mikroplastiklərin çəkisi 50 faiz artıb
Yeni araşdırma insan beyninin çəkisinin orta hesabla 0,48%-nin kiçik plastik hissəciklərdən ibarət olduğunu müəyyən edib.
Sağlam insan beyni nümunələrində müşahidə edilən mikroplastik və nanoplastik (MNP) tərkibli maddələrin miqdarında 8 il öncəyə nisbətən 50% artım var.
Qlobal.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın New Mexico Universitetinin tədqiqatçıları 2016-2024-cü illər arasında insan qaraciyəri, böyrəyi və beynin nümunələrini təhlil ediblər.
Məlum olub ki, MNP miqdarı daha çox beyində artıb. Bu artım plastik istifadəsinin artması səbəbindən baş verib. Tədqiqatçılar sağlam beyindəki MNP yığılmasının qaraciyər və böyrəyə nisbətən 7-30 dəfə çox olduğunu qeyd edib.
Mikroplastik hissəciklər 2024-cü ildə nümunə götürülmüş beynin hissələrinin çəkisinin 0,48%-ni təşkil edib. Bu, 5 millimetrdən az olan bir ölçüdə şüşə qırığı kimi müşahidə edilib.
Səbinə
Qlobal.net