photo_44945495

İnfantinodan sülhə çağırış

FİFA-nın prezidenti Canni İnfantino dünya ölkələrini sülhə səsləyib. 

Qol.az xəbər verir ki, o, bu barədə qurumun 72-ci konfransında danışıb. İnfantino çıxışında dövlətləri bütün münaqişələri dayandırmağa çağırıb: 

“UEFA ilə birlikdə təşkil etdiyimiz sonuncu Avropa çempionatı Ukrayna və Polşada keçirilib. Sonuncu dünya kuboku 2018-ci ildə Rusiyada oldu. Bu,  əla idi. Amma bütün bunlar dünyadakı, hətta regiondakı problemləri həll etmədi. Mən dünyanın bütün dövlətlərinə müraciət edirəm: Xahiş edirəm, uşaqlarımız, gələcəyimiz üçün bütün münaqişələri dayandırın! Zəhmət olmasa, birləşin! Futbol buna kömək etməlidir”. 

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxilə edib. Bu səbəbdən də Rusiya DÇ-2022-dən kənarlaşdırılıb. Ölkəyə bir çox sanksiyalar tətbiq olunub və rus idmançıların yarışlarda iştirakına qadağa qoyulub.  

31.03.2022 15:27
show 332