644d50f3c33cc202304231635

"İndi haranın daşını başıma töküm, bilmirəm…" - Dilarə (VİDEO)

Aktrisa Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vəfatından sonra ilk dəfə danışıb.

OLAY yazır ki, o, aparıcısı olduğu "Söhbət var" proqramında həmin qəzadan danışıb.

Sənətçi həyat yoldaşından danışarkən, göz yaşlarına hakim ola bilməyib:

"Deyəcək sözlərim var. Bu verilişə başlayarkən, haradan bilərdim ki, əlimdən tutub səhnəyə gətirən, bu sənətin sirlərini öyrədən sənət, sirr, dərd, ömür-gün yoldaşım Oqtay Əliyev haqqında monoloq deyəcəyəm?! Bu sənət pilləkənində ilk daşım sən idin. Heç vaxt qoymazdın ayağıma daş dəysin. İndi haranın daşını başıma töküm, bilmirəm… Hansısa bir işə başlayanda çox arxayın idim. Bilirdim ki, arxamda dağ kimi dayanmısan. İndi ürəyimdə özüm boyda dağ var. Ağrı dağını çox sevirdin. İndi kürəyimdə ağrı, ürəyimdə dağ var. İpə-sapa yatmaz adam idin, bir yerdə durmazdın, hamının yanında idin.

İndi sən hamının yadındasan. Harada desən, orada var idin. Amma mən qəzada ayılanda yanımda yox idin. Hər səhərimi səninlə açardım. Məndən əvvəl oyanardın. Amma mən qəzada ayılanda sən artıq yox idin. Həmişə hər işin arxasınca məndən əvvəl gedərdin, rahatlaşdırardın. Amma bu dəfə məndən qabağa düşdün. İnşallah, Oqtay… Görüşəcəyik".

Daha ətraflı videoda:

29.04.2023 21:16
show 4821