aytən

Kişilər sözbazlıqda qadınlardan betər olub - Aytən Səfərova

"Sovet vaxtı yadımdadır ki, anam da, tələbə qızlar da qısa və dekolteli geyimlərdən istifadə edirdilər. Heç kim də heç nə demirdi. Onlar düşünmürdü ki, camaat nə deyər. Çünki camaatın da başı iş-gücə qarışmışdı".

Qlobal.net xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. 

O, bəzi kişilərin sözbazlıqda qadınlardan betər olduğunu bildirib:

"İndi o qədər bekar adamlar var ki, uzunbalaq belə geyinsən, mütləq kimsə sənə nəsə deyəcək. Bilmirəm bu nədən irəli gəlir. SSRİ vaxtında cəmiyyətdə "camaat nə deyər" deyə düşünənlər az idi. Çünki onlar başını aşağı salıb öz boşqabına baxırdı. Amma indi bəzi kişilər sözbazlıqda qadınlardan betər olub. Xüsusi ilə məhlədə yığılanlar. El üçün yox, ev üçün yaşamaq lazımdır". (Axşam.az)


09.01.2025 09:00
show 125